Məşhur aktrisa-aparıcı Ece Erkenin “iCloud” hesabı oğurlanıb.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Türkiyənin tanınmış siması instaqram səhifəsində məlumat yayıb.
Ece qeyd edib ki, hakkerlər onun telefonuna daxil olaraq 3800 videosunu silib: “Hər şeyimiz bu profillə bağlıdır. İndi hamımız təhlükədəyik. Hakkerlərə səslənirəm, [email protected] hesabının sahibini mənə tapın. Videolarımı geri istəyirəm. Bu qədər şərəfsizlik olar? Çox şükür ki, telefonumda yanlış bir şeylər yoxdur. Amma kim edibsə, bunun hesabatını verəcək”.