“Hamı deyirdi ki, səni kim alacaq? Açıq saçıq geyinirsən”backend

Xəbər verdiyimiz kimi, müğənni Mina Hüseyn həyat yoldaşı Sərxanla boşanacağı tarixi açıqlayıb. 

“Yeni Gundem” Axşam.az-a istinadən xəbər verir ki, “MTV maqazin”ə danışan ifaçı noyabrın 17-də rəsmi boşanmanın baş tutacağını söyləyib:

“Artıq imza atdım. Bitdi hər şey. Noyabrın 17-də rəsmi sənədimi əldə edə biləcəyəm. Allah hər kəsin yolunu açıq etsin. Hər kəs özünə yaraşanı etdi. Mən ailə istəyirdim. Yenidən ailə quracağam, niyə də yox? Elə insan qarşıma çıxa bilər ki, hər şeyi unutdurar mənə.

Hamı deyirdi ki, səni kim alacaq? Açıq saçıq geyinirsən. Ailə qurdum, həm də subay və cavan oğlanla”.