Hamı TƏBİB-in qərarından danışır: Nə baş verir?backend

Respublika Klinik Xəstəxanasının inzibati binasının uzun müddətdir istismar olunması səbəbindən əsaslı təmirə ehtiyacı yaranıb. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Qeyd olunub ki, bu səbəbdən Xəstəxananın altı terapevtik şöbəsinin müvəqqəti olaraq xəstəxananın inzibati binasından Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Hacıağa Dadaşov küçəsi 65 ünvanında yerləşən Modul tipli xəstəxanaya köçürülməsi həyata keçirilməkdədir.
Tribunainfo.az bildirir ki, verilən qərar ciddi narazılıq doğurub. Məsələ ilə bağlı direktor Elviz Qasımova və TƏBİB icraçı direktoru Vüqar Qurbanova edilən müraciətlər isə nəticəsiz qalıb. Belə qərara alınıb ki, uzaq Bilgəhə köçürsünlər.
Rəsmi məlumata əsasən, mərhələli təmir işləri ilə əlaqədar olaraq Xəstəxananın II korpusunda yerləşən Cərrahiyyə, Reanimasiya və Təcili tibbi yardım şöbələri birinci korpusa yerləşdirilir.
Bildirilir ki, sadalanan şöbələr bütün rayonlarının və Bakı şəhərinin əhalisinə təcili və təxirəsalınmaz tibbi xidmət göstərir.
Xəstəxananın I korpusunda yerləşən altı şöbə (Endokrinologiya, Qastroenetologiya, Kardiologiya, Pulmonologiya, Nefrologiya, Nevrologiya) və Terapevtik reanimasiya bölməsinin məhz həmin ünvana köçürülməyinə əsas səbəb isə köçürüləcək xəstəxanada çarpayı sayının müraciət edəcək pasiyent sayını qəbul edə bilmə imkanına malik olması göstərilib. Lakin bu ayrı-seçkilik şöbələrin işçiləri, eləcə də müraciət edən xəstələr arasında etiraza səbəb olub. Həkim və tibb işçiləri sual edirlər ki, Bakının mərkəzində modul tipli məntəqə tapmaq olardı. Ancaq 7 şöbənin tibbi personalı Bilgəhə işə getməyə məcbur edilib. Görünür ki, Vüqar Qurbanov və Elviz Qasımov həkimlərin, tibb işçilərinin hər gün 30-35 km uzaq Bilgəhə getmələrindən narahat deyil.