Hər bürcün özünəməxsus xüsusiyyətləri var. Fərqli xüsusiyyətlərə, zövqə, düşüncəyə sahib olurlar.
Buğa Xərçəng ilə yaxşı tutur. Bu bürclərin ittifaqı möhkəm olur. Ailəyə bağlı olurlar. Uşaqcanlı olurlar.
Buğa ilə Qız bürcləri arasında nigah geniş yayılıb və əksər hallarda xoşbəxt olurlar. Ər və arvad da hər işdən baş çıxarırlar. Buğa bir az tərs olsa da, Qızla yola getməyi bacarır.
Buğa ilə Oğlaq arasında münasibətlər də pis alınmır. Oğlaqın diplomatık bacarıqları bu izdivacın möhkəmliyini dayanıqlı edir.
Əkizlərlə Şirin münasibətləri ehtirasa və güclü sevgiyə əsaslanır. Zaman keçdikcə bu münasibətlər zəifləsə belə aralarında möhkəm dostluq bağları yaranır. Yəni bu evliliklər də əksər hallarda daimi olur. Bu işdə də əsas rolu Şir bürcü altında doğulan kişilər oynayır.
Əkizlərlə Tərəzinin ittifaqı da möhkəm və dayanıqlı olur. Onlarının nigahlarının üstünlüyü ahəngdarlıqdır. Onların çoxlu ümumi maraqları var. Kənardan elə görünür ki, evin böyüyü Əkizlərdir. Əslində isə evin əsil sahibi Tərəzidir. Lakin onlar sanki gizli hökmdar rolunda olurlar. Tərəzi qadın olarsa ailə daha xoşbəxt olur.
Şirlə Tərəzi bir-birini çox mükəmməl tamamlayır. Ən uğurlu nigahlardandır. Bütün məsələlərdə bir-biri ilə dil tapa bilirlər.
Əkizlər Dolçanın münasibətlərinə hamı həsəd aparır. Tez-tez baş verən dava-dalaşa baxmayaraq ən uğurlu ailələrdən sayılır. Kənardan tam tərsinə görünsə də, onlar çox xoşbəxt olurlar.
Xərçənglə Qız münasibətləri uğurlu nigahlardan ola bilər. Qız bürcü olanların sayəsində ailədə həmişə rahatlılıq olur.
Xərçənglə Xərçəngin münasibətləri də mükəmməl olur. Onlar bir-birilərini bir baxışdan başa düşürlər. Həmişə bir-birilərini dəstəkləyirlər. Xərçənglər ailəyə böyük qiymət verirlər.
Əqrəblə Oğlaq çox cəzibədar ittifaqdır. Hər ikisi eyni dərəcədə güclüdür. Onlar uzun müddət öz hisslərini qorumağı bacarır. Bu bürclərin evliliklərində çox nadir hallarda xəyanət olar. Onlar ailəyə və bir-birilərinə çox bağlı olurlar.