Hava balonu elektrik naqillərinə ilişib və yerə çırpıldıbackend

ABŞ-da isti hava balonu elektrik naqillərinə dəyib, magistral yolun kənarına düşüb və alovlanıb, hadisə nəticəsində 2 nəfərin yaralandığı öyrənilib.

ABŞ-ın Minnesota ştatının Roçester şəhərində isti hava balonu eniş zamanı elektrik naqillərinə ilişib. Şar təxminən 9 metr hündürlükdən magistral yolun kənarına düşərək alovlanıb.

Bölgəyə polis, səhiyyə və yanğınsöndürmə briqadaları göndərilib. Balonda olan 2 nəfər yüngül yaralanarkən, yanğın qısa müddətdə söndürülüb.

Mənbə: hurriyyət.tr

Aynur Camal