Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQbackend

Bakıda və Abşeron yarımadasında yanvarın 28-də şimal-qərb küləyinin 15-18 m/s olacağı, gecə və səhər arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Hava şəraitinin yanvarın 27-si axşam, 28-i gecə və səhər arabir yağıntılı olacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi ehtimalı var.