Abşeron rayonunda hündürmərtəbəli binaların tikintisi ilə məşğul olan “Progress-2016” Mənzil Tikinti Kooperativi məhkəməyə verilib.
Qaynarinfo-nun məlumatına görə, iddiaçılar Səməndərov Tofiq Barat oğlu və Məcidova Vəfa Rafiq qızıdır.
Cavabdehlərdən biri də “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundovdur.
![](https://cdn.qaynarinfo.az/2024-04/d695da3517ac23a4f40cb1ebac4c4ce9img-20240416-wa0022-jpg.jpg)
İşə Abşeron Rayon Məhkəməsinin hakimi Məlahət Abbasovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, 2022-ci ildə qanunsuz mənzil satışı ilə məşğul olmağa görə “Progress-2016” MTK-nın direktoru, iş adamı Səməndərov Emil Tofiq oğlu həbs edilib. Elə həmin il Emil Səməndərov Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.