Həbsdə olan Dilan Polat intihara cəhd etdibackend

Hazırda həbsdə olan türkiyəli sosial media fenomeni Dilan Polat intihara təşəbbüs edib.

“Ölmək istəyirəm” deyən Dilanın müayinə zamanı bədənində kəsik izləri aşkarlanıb.

O bıçaqla ən çox qollarına zərər yetirib.

Bununla bağlı fenomenin vəkili Hüseyin Kaya açıqlama yayıb. O bildirib ki, Dilan Polatın özünə zərər verdiyi doğrudur. Lakin bunu nə ilə etdiyi bəlli deyil.

Xatırladaq ki, noyabrın 5-də sosial media fenomeni Dilan Polat və ailə üzvləri həbs olunub.

Onlar çirkli pulların yuyulması, Vergi Qanununun pozulması və qanunsuz mərc və şans oyunlarında iştirakda ittiham olunurlar.

Dilan-Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb./BAKU.WS