Məşhur modelyer Vera Wang xarici görünüşü ilə dünya gündəmini zəbt edib.
“Yeni Gündəm” xəbər verir ki, buna səbəb 70 yaşlı amerikalı dizaynerin fit görünüşə sahib olmasıdır.
Qida rasionuna diqqət edən və bir çox idman növü ilə məşğul olan Vera tez-tez sosial şəbəkələrdə həyat tərzini əks etdirən fotolar paylaşır, üç milyon izləyicisini təəccübləndirməyi bacarır.
Karantin dövründə Mayamidəki evində özünü sosial həyatdan təcrid edən sənətçi qeyd edib ki, idman və sağlam qida ilə yanaşı, özünü çox yormur və ağır əşyaları qaldırmaqdan uzaq durur.