“Heç olmasa mayın 1-dən quru sərhədlər açılsın”-DEPUTATbackend

Hesab edirəm ki, quru sərhədləri açmaq mümkündür. Pandemiya ciddi şəkildə məhdudlaşdırılıb və nəzarət altındadır.

Bu sözləri “Yeni Gundem”-ə Milli Məclisin deputatı Tahir Kərimli bildirib.

Millət vəkili açıqlayıb ki, quru sərhədlərin bu müddətə qədər bağlı qalması həm iqtisadiyyatımıza həm də insani münasibətlərə olduqca xələl gətirir.

“Ümumiyyətlə sərhəd qoşunları və gömrükdə ciddi nəzarət sistemi qurmaq olar. Əgər test nəticəsində xəstəlik müəyyən edilsə onlar ya geri qaytarılar, ya da ki, mümkün olan işlər görülər. Quru sərhədlərin bu müddətə qədər bağlı qalması həm iqtisadiyyatımıza həm də insani münasibətlərə olduqca xələl gətirir. Təklifim bundan ibarətdir ki, heç olmasa may ayının 1-dən bu məhdudiyyət aradan qaldırılsın. Bunun ölkəmizə xeyri olar ki, ziyanı olmaz. Bu məsələni həll etmək lazımdır”,- deyə o qeyd edib.

Fərahim Rəhimov