Həkim: “Süd vəzi xərçənginin 30 faizini genetik faktor təşkil edir”backend

“Əgər xəstə ev şəraitində süd vəzi xərçəngini yoxlamaq üçün özünü müayinə edərsə, əli ilə baxdıqda şişkinlik hiss edirsə, bu artıq gecikmədir”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, onkoloq-cərrah, mammoloq Həqiqət Vəliyeva deyib. Onun sözlərinə görə, amma qadınlar hər ay süd vəzilərini müayinə edərsə, orada olacaq ən kiçik dəyişiklik belə nəzərə çarpacaq:

“Bax bu halda erkən diaqnoz üçün bu uğurlu ola bilər. Eyni zamanda süd vəzində ifrazat varsa və o, qəhvəyi, ya da qanlı olarsa bu zaman süd vəzi xərçəngi şübhəsi ilə həkimə müraciət etmək olar. Amma 90% hallarda süd vəzindən gələn ifrazat xoş xasisəli şişin göstəricisi olur. Süd vəzi xərçənginin 30%-ni genetik faktor təşkil edir”.