Xalq artisti Faiq Ağayev bütov toylara getməkdən müvəqqəti olaraq imtina edib.
“Yeni Gundem” olay-a istinadla xəbər verir ki, bu barədə köməkçisi Cabir Əliyev məlumat yayıb.
O bildirib ki, bu qərarı meqastar irimiqyaslı konsert layihəsinə hazırlaşdığına görə verib.
“Həkim məsləhəti ilə səsin qorunması üçün konsert bitən müddətə kimi Xalq artisti toy məclislərində yalnız yarımsaatlıq çıxışlarla iştirak edəcək”.
Faiq Ağayev özəl məclislərdə və toylarda yarımsaatlıq çıxış üçün yeni, xüsusi şou hazırlayıb. Sənətçi 12 nəfərlik heyətlə – rəqs qrupları və musiqiçilərlə birlikdə səhnəyə çıxır.