Aktyor Elcan Rəsulov xəstəliyindən danışıb. Axşam.az xəbər verir ki, ayaqlarında ağrı olan sənətçi izləyicilərinin bununla bağlı sualını cavablandırıb. O bildirib ki, xəstəliyinin müalicəsi yoxdur:
“Bir dərman yazıblar, onu ömürlük atacağam. Hər gün 1 ədəd atıram. Başqa cür tibb hələ müalicəsini tapmayıb”.
Qeyd edək ki, Elcan uzun müddətdir ayağında ağrılar olduğunu yeriməkdə çətinlik çəkdiyini demişdi.