Helikopterlə toqquşan sərnişin təyyarəsi çaya düşdü: 60-a qədər ölən varbackend
Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi “Blackhawk” helikopteri ilə toqquşaraq Potomak çayına düşüb.
Bu barədə “CNN“ məlumat yayıb.
Məlumata görə, təyyarənin göyərtəsində 60 sərnişin olub.
“NBC News”un məlumatına görə, qəzaya uğrayan təyyarədə azı 4 nəfər sağ qalıb, onlar xəstəxanaya aparılıb.
“Reuters“ isə helikopterdə üç hərbçinin olduğunu bildirib.
FTB-nin Vaşinqtondakı yüksək rütbəli rəsmisinin sözlərinə görə, baş verən hadisədə terror əlaməti yoxdur./APA