Biz Krımın qanunsuz ilhaqını tanımırıq.
“Yeni Gundem” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Alanyadakı çıxışında deyib.
O bildirib ki, rəsmi Ankara Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsində prinsipial mövqe tutur: “Türkiyə balanslaşdırılmış xarici siyasət kursunu davam etdirəcək. Doğrudur, biz NATO üzvüyük. Amma ölkəmizin milli maraqları bizim üçün həmişə prioritetdir”.
Nazirin sözlərinə görə, həm Moskva, həm də Kiyev Türkiyəyə etimad göstərir: “Təsadüfi deyil ki, Ukraynadakı münaqişə tərəfləri əsirlərin mübadiləsi, eləcə də Zaporojye Atom Elektrik Stansiyası (AES) ətrafındakı vəziyyətlə bağlı Ankaraya üz tutdular”
Fərahim Rəhimov