Həmkarından Çimnaza: “Niyə azərbaycanlı xanım ayaqlarını göyə qaldırıb…” – VİDEObackend

Aktrisa Nəzakət Məmmədova ilə həmkarı Çimnaz Sultanova arasında qalmaqal yaşanıb.

“Yeni Gundem” xəbər verir ki, Məmmədova “Space Maqazin”ə açıqlamasında Sultanovanın ünvanına sərt ittihamlar səsləndirib.
O, Çimnazın bir azərbaycanlı xanıma yaraşmayan hərəkətlər etdiyini dilə gətirib:

“Niyə azərbaycanlı xanım ayaqlarını göyə qaldırıb, ya orasını-burasını açıb şəkil çəkdirsin? Nəyə lazımdır bu pozları vermək, Çimnaz, orada elə sənin kimiləri göstərmişəm. Əfsuslar olsun ki, ölkəmizdə belə qadınlar da var. Soy-kökü bilinməyən insan gəlib mənə nəsə deyəndə pis təsir edir. Mən azərbaycanlıyam və öz dilimizdə də səlis danışıram”.

Qeyd edək ki, verilişlərdən birində Nəzakət Məmmədova Ç.Sultanova haqqında “Bəzi aktrisalarımız aktrisa adını ləkələyirlər. Vacib deyil ki, aktrisa orasını-burasını açsın və bunu tamaşaçılara nümayiş etdirsin. Nə məcburdur? Həmin aktrisanın mənim kimi 50 yaşı var və özünü “sex-simvol” kimi göstərir. Nəyə lazımdır?” sözlərini söyləyib.

Bunun qarşılığında isə Sultanova Nəzakətə “Aktrisa adına ləkə gətirən, özündən xəbərin var? Ay bibi (həmkarı aktrisa Nəzakət Məmmədovaya)?! Hər efirdə düşük hərəkətlər edərkən anam yaşında bir məxluq nədənsə özünə borc bilir, Çimnaz Sultanovaya söz atır” sözləri ilə qarşılıq verib. Nəticədə hər iki məşhur arasında qalmaqal yaranıb.baku.ws