Həmkarlar İttifaqları Konfederasiyasında islahat: Səttar Mehbalıyev gedəcək…backend
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında islahatlar aparılacaq.
Qlobal.az-ın əldə etdiyi məlumata görə Konfederasiyada gözlənilən islahatlar bütövlükdə struktur və kadr sahəsini əhatə edəcək.
Buna səbəb isə Həmkarlar İttifaqları Konfederasiyasının iş mexanizminin müasir standartlara cavab verməməsidir.
Qeyd edək ki, Həmkarlar İttifaqları Konfederasiyası ölkə vətəndaşları arasında ən çox narazılıq doğuran qurumlardandır.
Hətta bir neçə il öncə qarabağ qazisi etiraz əlaməti olaraq Konfederasiya binası önündə özünü yandıraraq intihar etmişdi.
Xatırladaq ki, Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevdir.
O, 1993-cü ildən Konfederasiyaya rəhbərlik edir.