Hərbçilərimiz niyə təlimlərə çağırılırlar? – FOTObackend

Azərbaycanda ehtiyatda olan hərbçilər təlimlərə çağırılırlar.

Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılır.

Məsələ barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq.

Qurumun İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr Şöbəsinin rəisi Pərviz Sədrəddinov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, narahatlığa heç bir əsas yoxdur:

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun müddəalarına müvafiq olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Bu kimi təlimlər il ərzində bir neçə dəfə təşkil oluna bilər. Ona görə də hər hansı bir narahatlığa əsas yoxdur”.