“İkinci Qarabağ müharibəsində Ermənistanın törətdiyi əməllərlə əlaqəli olaraq müxtəlif istiqamətlər üzrə cinayət işi başlanılıb. Bu cinayət işlərinin bəzilərinin istintaqı Baş Prokurorluqda, digərləri isə Dövlət Təhlükəsizliyi Xidmətində aparılır”.
“Yeni Gündəm”-in məlumatına görə, bunu Baş prokurorun müavini, Respublika Hərbi prokuroru Xanlar Vəliyev bildirib.
X. Vəliyev deyib ki, Azərbaycanın bəzi hərbçilərinin müharibə zamanı səriştəsizliyinə görə də cinayət işləri başlanılıb: “Ancaq onu da qeyd edim ki, İkinci Qarabağ müharibəsində əsgər və zabitlərimiz arasında fərarilik edən kimsə olmayıb. Bu, əslində, millətin ruhundan xəbər verir”.