Həyat yoldaşından ayrılmaq Naraya 1 milyona başa gəldibackend

“Qalatasaray”ın hücumçusu Mauro İkardi ilə keçmiş həyat yoldaşı Vanda Nara arasında problemlər bitmək bilmir.

“Yeni Gundem” apasport.az saytına istinadən xəbər verir ki, argentinalı forvard indi də klub rəhbərliyini məsələyə qatıb.

İkardinin PSJ-dən “Qalatasaray”a icarəyə verilməsinə vasitəçilik edən Nara keçid baş tutduqdan sonra ondan ayrılıb. Ancaq “cim-bom” bu transferə görə Vandaya 1 milyon avro menecerlik haqqı ödəməlidir.

İkardi rəhbərliklə görüşərək, artıq Naranın meneceri olmadığını bildirib və həmin pulu ona verməməsini istəyib. Yalnız bundan sonra “sarı-qırmızılılar” Vanda Naraya verdiyi çeki bloklayıb.

Qeyd edək i, Mauro İkardinin “Qalatasaray”la icarə müddəti mövsümün sonuna qədərdir