Hazırda özümü yaxşı hiss edirəm, səhhətimdə narahatçılıq yoxdur.
Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu canlı efirdə halının qəfil pisləşməsinə aydınlıq gətirərkən deyib.
Deputat buna səbəb təzyiqinin ani olaraq düşməsinin olduğunu bildirib:
“Hər şey qaydasındadır. Narahat olan hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, deputat Hikmət Babaoğlu Real TV-nin canlı yayımında vəziyyəti qəfildən pisləşib. Bu səbəbdən proqram yarımçıq dayandırılıb.