“Hollivud” restoranında Yeni il şənliyində dava- “Şərurlu İsfəndiyar”ın oğlu…..backend

Məşhur “Hollivud” restoranında növbəti qalmaqal yaşanıb. Bu barədə zərərçəkmiş Rauf Hüseynov məlumat verib . O, bildirib ki, 31 dekabr 2024- cü il tarixində bayramı qeyd etmək üçün anası ilə birlikdə Hollivud restoranında yer rezerv edib. İlk başda hər şey normal olsa da məclisin sonuna yaxın yan stolda əyləşən şəxslər təhqiramiz ifadələr işlədib. Sözügedən şəxs buna etirazını bildirdikdə yeddi nəfər Raufu elə anasının gözü qarşısında döyüb.

XALQ.AZ məlumat verir ki ,hadisədən sonra məlum olub ki, onu döyən şəxslərdən biri Şərurlu İsfəndiyarın oğlu Tanrıverdi imiş.

Rauf Hüseynov hadisənin Binəqədi Rayon 5-ci Polis Bölməsində arasdirildığını bildirib.

Məsələ ilə bağlı “Şərur MTK” nın mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova bildirdi ki, Hollivud restoranı uzun müddətdir kı icarədədir: “Orada baş verən heç hadisəyə cavabdeh deyilik “.

İsfəndiyar Axundovun oğlu Tanrıverdi Axundovun haqqındakı iddialara gəlincə , məsələdən İsfəndiyar bəyin və şəxsinin məlumatı olmadığını bildirdi.

Qeyd edək ki, bir müddət öncə “Hollivud” restoranında bıçaqlanma olmuşdur. Məlumata görə restoranın fəaliyyəti dayandırılmışdır.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

//AzTimes.az