2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Culfa rayon Mədəniyyət Mərkəzində, qadınlarla
görüş keçirilmişdir.
“Yeni Gundem” xəbər verir ki, təşviqat kampaniyası çərçivəsində Ali Məclisin deputatı, YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimov, Milli Məclisin deputatı, əməkdar rəssam, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Ülviyyə Həmzəyeva, Ali Məclisin deputatı Fərəc Fərəcov, Rayon Ağsaqqallar Birliyinin sədri Mübariz Allahverdiyev, 3 nömrəli Culfa məktəbinin direktoru Aysel Səfərova, təşviqat qrupunun üzvləri: Ədalət Əhmədov, Xanım Tağıyeva, Təhsil Şöbəsinin metodik kabinəsində müdiri Kamran Cəfərov, Əlincə kənd klubunun müdiri Rəqsanə Qurbanova, Bənənyar kənd məktəbinin müəlliməsi Pnar Ələsgərsoy Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyən çıxışlar etmişlər, Qalib Xalqın-Qalib Liderinə səs verməyi səsləmişlər!