Hulusi Akar Oleksiy Reznikovla danışdıbackend

Türkiyənin müdafiə naziri Hulusi Akar və  Ukraynanın müdafiə naziri Oleksiy Reznikov arasında telefon danışığı olub.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Türkiyə müdafiə nazirliyi məlumat yayıb.

Söhbət zamanı Ukrayna limanlarında gözləyən Türkiyə ticarət gəmilərinin və A400M təyyarələrinin Türkiyəyə təhlükəsiz daşınması müzakirə edilib. Hulusi Akar, həmçinin tez bir zamanda atəşkəsin əldə olunmasının vacibliyini vurğulayıb.

O əlavə edib ki, Türkiyə indiyə qədər olduğu kimi Ukraynada sülhün bərqərar olması və humanitar yardımın göstərilməsi üçün bundan sonra da üzərinə düşəni etməyə davam edəcək.