Hulusi Akarın Azərbaycana səfərinin məqsədi açıqlanıb.
Bu barədə “Yeni Gundem”-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Anar Eyvazov bildirib ki, türkiyəli nazir birgə təlimləri izləmək məqsədilə bu gün Azərbaycana səfər edəcək.
“Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin digər rəhbər heyəti ölkəmizdə keçirilən birgə təlimləri izləmək məqsədilə bu gün Azərbaycana səfər edəcək”, – o qeyd edib.