Cənab İlham Əliyevin 20 sentyabr tarixində Xankəndi şəhərində Qarabağ Universitetində tələbələrlə görüşü və yaradılan şərait ilə yaxından tanış olması mütərəqqi tariximizin silinməz səlnaməsinə çevrildi.
Bu görüş bütün missiyası ilə bir daha bütün Azərbaycan gəncliyinin Qarabağ Universitetinə olan marağına geniş imkan yaratdı. Və cənab prezidentimizin dövlət təhsil siyasətinə verdiyi diqqət və qayğı cəmiyyətimizə əsaslı örnək oldu.
Prezidentimizin çıxışındakı fikirlər isə ayrı-ayrılıqda tələbələrə həm tarix dərsi, həm də mənəvi düşüncələrdə milli dəyərlərə sadiqlik kimi əbədi olaraq qaldı. Cənab İlham Əliyevin çıxışında demişdir: “Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq. Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir”.
Eləcə də ölkə başçımız öz mütərrəqi çıxışında Ümummilli lider Heydər Əliyevin fəaliyyəti haqqında da söyləmişdir: “Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndən sonra bütün separatçıların yuvaları dağıdıldı və sabitlik yaradıldı. Keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə azərbaycanlıların sayı 9 faizdən, təqribən 30 faizə qədər artdı. Dəmir yolu çəkildi ki, azərbaycanlılar müxtəlif bölgələrdən buraya daha tez gələ bilsinlər. Xankəndidə dəmir yolu vağzalı tikildi, böyük infrastruktur layihələri yaradıldı – Sərsəng, Suqovuşan su anbarları. Bir neçə müəssisə yaradıldı və bu müəssisələrdə çalışan azərbaycanlılar müxtəlif bölgələrdən, o cümlədən Qarabağ bölgəsindən gəldilər. Bütün bunlar davam edirdi. Ancaq 1987-ci ildə Heydər Əliyev istefaya göndəriləndən sonra yenə də separatçılar baş qaldırdılar və bu dəfə bu, xalqımıza çox baha başa gəldi”.
Şəksiz ki, bu görüş bütün aspektləri ilə həm Azərbaycan xalqının, həm də o gün orda olan tələbələrin xatirələrində ən xoş və əvəzolunmaz tarix kimi əbədi olaraq qalacaq.
Hüseyn Əliyev
İctimai-siyasi fəal