Hüseyn Mirzəyevə yüksək vəzifə verildibackend

Qarabağ Universitetinin Mühəndislik fakültəsinə dekan təyin edilib.

”Yeni Gundem” xəbər verir ki, bu vəzifəni Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Hüseyn Mirzəyev icra edəcək.

Hüseyn Mirzəyev bu təyinatadək Bakı Mühəndislik Universitetində Mexanika mühəndisliyi kafedrasının müdiri vəzifəsində çalışıb, həmçinin mühəndislik və layihə idarəetməsi üzrə müxtəlif fənləri tədris edib.