Azərbaycanın orta məktəblərində mayın 1-dən etibarən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Elm və təhsil Nazirliyi məlumat yayıb.
Mayın 6-sı şənbə, mayın 7-si isə bazar gününə təsadüf etdiyindən ibtidailər ardıcıl 7 gün evdə olacaqlar. İbtidai siniflər üçün mayın 8-i dərs günüdür.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.