İçməli su küçəyə axıdılır: Sakinlər çarəsiz qalıblar — VİDEObackend
Suraxanı rayonu, Hövsan qəsəbəsi, Ruslan Rəcəbov küçəsində sakinləri içməli su ilə təmin edən boru kəmərinin partlaması nəticəsində gölməçə yaranıb.

Demokrat.az Baku TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə, sözügedən boru xətti 30-40 il əvvəl çəkilib, buna görə də o istismar müddətini başa vurub.

Sakinlər bildirirlər ki, məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsələr də, problemi qulaqardına vururlar və həll etmək istəmirlər, maraqlanmırlar.

Onlar bir ildir bu bərbad vəziyyətdə yaşadıqlarını iddia edirlər.

Ətraflı süjetdə: