İcra başçılarının müavinləri vəzifələrindən azad edildilərbackend

Sədərək rayon icra başçısının müavini işdən azad olunub.

Bununla bağlı Sədərək Rayon İcra hakimin müavini Pərviz Ağayev sərəncam imzalayıb.

Sərəncama əsasən, icra başçısının müavini Əli Zeynalzadə işdən çıxarılıb.

***

11:15

Kəngərli rayon icra başçısının müavini işdən azad olunub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov sərəncam imzalayıb. Sərəncama əsasən, icra başçısının müavini Qurbanova Səriyyə Bağır qızı işdən çıxarılıb.

Eyni zamanda Şahbuz rayon icra başçısının müavini də işdən azad olunub. Bununla bağlı Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfail Babayev sərəncam imzalayıb. Sərəncama əsasən, icra başçısının müavini Tural Quliyev işdən çıxarılıb.