İcra başçısı ilə telejurnalistin xınayaxdı mərasimi Xocalı faciəsinin ildönümündə BAŞ TUTUB?backend

Xəbər verildiyi kimi bu gün Ağstafa rayonunun icra başçısı Seymur Orucovla tanınmış teleaparıcı Alidə Mustafayevanın toyudur. Cütlüyün bir neçə gün əvvəl nikah mərasimi keçirilib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, icra başçısı ilə tanınmış teleaparıcının xınayaxdı mərasimi Xocalı qətliamının 32-ci ildönümü günü Bakının dəbdəbəli restoranlardan birində baş tutub.

Qeyd edək ki, yerli mediada Ağstafa rayon İcra hakimiyyətinin başçısı Seymur Orucovun Xocalı faciəsinin ildönümündə rayonda təşkil edilən tədbirlərə qatılmadığı bildirilir. Səbəb olaraq isə icra başçısının da 26 fevral günü izdivaca girəcək xanımla olan xınayaxdı mərasimində iştirakı göstərilir. 

Məsələ ilə bağlı hər iki şəxslə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz baş tutmayıb. 

Sözügedən iddialarla bağlı adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.