İcra başçısı özünə yeni model “Range Rover” aldı – FOTOLARbackend

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev özünə yeni avtomobil alıb.

”Yeni Gundem” Unikal.az-a istinadən xəbər verir ki, icra başçısının yeni avtomobili 450 min manat dəyərində olan “Range Rover”dir.

Elnur Rzayev 90-DK-500 dövlət qeydiyyat nişanlı yeni maşınını qayınatası Hacıyev Sərdar Mehdi oğlunun adına rəsmiləşdirib.

Avtomobili Xaçmaz Rayon İcra Hakimiyyətində baş mütəxəssis – sürücü vəzifəsində çalışan  Musayev Anar Sabir oğlu etibarnamə əsasında idarə edir.