İcra başçısı təyin edilən İlqar Mahmudov kimdir? – FOTObackend

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla İlqar Akif oğlu Mahmudov Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

“Yeni Gundem”-in xəbərinə görə, İ.Mahmudov bu təyinatadək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri işləyib.

Onun əvvəllər sabiq təhsil naziri Misir Mərdanovun köməkçisi olduğu bildirilir.