İcra başçısının müavini intihar edən işçidən DANIŞDIbackend

Lerik rayon icra başçısının Kirəvud kəndi üzrə ərazi icra nümayəndəsi Şəfiq Şaiq oğlu Əliyev intihar edib. Lakin Şəfiq Əliyevin hansı səbəbdən bu addımı atması hələlik məlum deyil. Vəzifəli şəxsin meyiti yaxınları tərəfindən tapılıb. Lerik Rayon İcra Hakimiyyəti hadisəni təsdiq edib.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

“Yeni Gundem” xəbər verir ki, Modern.az hadisənin detallarını öyrənmək üçün Lerik Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov açıqlamasında intihar edən icra nümayəndəsi ilə bağlı bunları deyib:

“Çox savadlı, ədəb-ərkanlı, mədəni işçi idi. Eyni zamanda, onun çox gözəl gənc ailəsi vardı. Onun digər işçilərlə, əməkdaşlarımızla problemi olmayıb. İntihar etməsinin səbəbini bilmirik. Bu, hüquq-mühafizə orqanlarının araşdırmasından sonra məlum olacaq. Heç ailəsi də nə üçün intihar etdiyini bilmir. Amma heç vaxt narahatlıq sezməmişik. Onun iş yeri kəndə yaxındır. Evə gedib, sonra qayıtmayıb”.

Qeyd edək ki, mərhum Şəfiq Əliyev ailəli olub, bir uşağı var.