Bakı Nəqliyyatı Agentliyi keçən il qurum kimi ləğv edilib. 7 fevral 2022-ci ildə cənab prezidentin imzaladığı fərmanla Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib. Qeyd edilmişdir ki, Nazirlər Kabineti BNA-nın yeni nizamnaməsini təşkil etsin və struktur dəyişiklikləri ilə bağlı təkliflərini versin.
Bu sözləri “Yeni Gundem”– ə açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib.
E.Cəfərov açıqlayıb ki, hazır kı, vəziyyətdə terminallar yığışdırılıb , insanlar kütləvi olaraq metro stansiyalara axın edirlər.
“Yeni fərmanla qurum ümumiyyətlə ləğv edilir. Görünür ki, ölkə üzrə Nəqliyyat idarəetməsi vahidləşəcək. Yəni ümumrespublika üzrə vahid qurum yaradılacaq. Ümid edir ki, vətəndaşlarımız üçün xidmət keyfiyyəti yüksək olmalıdır. Tezliklə avtobus dayanacağlarında yığışdırılan ödəmə terminalları yerinə qayıtmalıdır. Buda vətəndaşların ictimai nəqliyyatdan rahat istifadə etməsinə şərait yaradacaq. Hazır ki, vəziyyətdə terminallar yığışdırılıb , insanlar kütləvi olaraq metro stansiyalara axın edirlər. Bundan əlavə marşuruta buraxılan avtobusların sayı artırılmalıdır. Qarajlarda “yatıb-qalan” avtobuslar marşruta çıxarılmalıdır. İctimai nəqliyyatı təşkil edən qurumun əsas vəzifəsi ondan ibarətdir ki, vətəndaşları bir nöqtədən ,digər nöqtəyə rahat çatdıra bilsin. Son illərdə xidmətin səviyyəsi çox aşağı düşüb. İctimaiyyətin fikiri nəzərə alınacaqsa keyfiyyətli xidmətə nail olmaq olar. İctimai nəqliyyatla bağlı bir çox təkliflərlərimiz var. Ümid edirik ki, Nazirlik təkliflərimizi dinləmək üçün bizi qəbul edəcək. Biz də ictimaiyyəti təmsil edən ekspert qrupu kimi, ictimai nəqliyyatın inkişafı və xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı öz tövsiyələrimizi verə bilərik”,- deyə o qeyd edib.
Fərahim Rəhimov