İdarə rəisi 1500 manat cərimələnə bilər – TƏFƏRRÜATbackend

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidməti Şirvan Salyan Regioanal Təhsil İdarəsinin müdiri barəsində protokol tərtib edilib.

Moderator.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti idarənin müdiri Mənsimli Sənan Famil oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazıb.

Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.

192.4-cü maddəyə əsasən, vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

Sənan Mənsimli nazirliyin yazdığı protokoldan məhkəməyə şikayət verib.

İş Salyan Rayon Məhkəməsinin hakimi Ənnağı Məmmədlinin icraatındadır.

Məhkəmədə nazirliyin protokolu təsdiqini taparsa, Sənan Mənsimli 1500 manatadək cərimələnəcək.