“İdeal İnşaat” MTK 25 min manat cərimə ödəyəcəkbackend

Bina tikintisi ilə məşğul olan “İdeal İnşaat” Mənzil Tikinti Kooperativi ilə bağlı protokol tərtib edilib.

“Yeni Gundem” xəbər verir ki, MTK İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsini pozub.Tələbi pozulan maddəyə əsasın, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

MTK ilə bağlı işə 21 may tarixində Binəqədi Rayon Məhkəməsində hakim Fərid Əmirəliyevin sədrliyi ilə baxılacaq.