İdmançılarımız dünya çempionatında qələbə qazandı- FOTOLARbackend

30.11.2018-01.12.2018 tarixində Ukraynada “Dünya Hərbi Döyüş Çoxnövçülüyü” üzrə dünya çempionatı keçirildi

“Yenigundem” xəbər verir ki,dünya çempionatında ölkəmizi təmsil edən idmançılarımızdan 4 nəfər medal əldə edə bilmişdir ki, bunlardan 2-si qızıl, 1 gümüş, 1 bürünc. Qızıl medalları komandamıza Vüsal Abdullazadə 75 kq 18-39 yaş, Kamil Quliyev 18+ yaş , 80+ kq; Əlizadə İlkin 16-17 yaş, 65 kq – gümüş medal; İbayev İbrahim isə 7-10 yaşa qədər olan uşaq və yeniyetmə idmançıların dünya birinciliyində komandamızın hesabına bürünc medal qazandırmışdır. Komandamız medal sayına görə ; Ukrayna, Rusiya, ABŞ, Fransadan sonra 5-ci yeri qazanıb. Gərgin mübarizə gedən dünya çempionatında 800 idmançı və xüsusi təyinatlı hərbiçilər mübarizə aparıb.