Honq Konqda bu il 14-18 avqust tarixlərində Çin Döyüş Növləri üzrə 15-ci beynəlxalq festival və Vinq-Çun üzrə 11-ci dünya çempionatı keçirilib.
Bu barədə “Yeni Gundem”-ə Azərbaycan Vinq Çun Federasiyasının mətbuat katibi Babək Zeynal məlumat verib.
30 ölkədən 2000 dən çox atletin iştirak etdiyi yarışmada, ölkəmizi Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan Vinq Çun Federasiyasının 12 idmançısı təmsil edib.
Onlar yüksək nəticə göstərərək 6 qızıl və 4 gümüş medal qazanıblar;
Yeniyetmələr:
I yer – Nailə Əliyeva (Vinq Çun tao lu)
I yer – Məryəm Mahalova (Vinq Çun tao lu)
I yer – İsmayıl Sayadlı (Vinq Çun kontakt – 75kq)
I yer – Məhəmmədəli Axundov (Vinq Çun kontakt – 56 kq)
Gənclər və böyüklər:
I yer – Ayman Mahal (Vinq Çun kontakt – 65 kq)
II yer – İbrahim Ağayev (Vinq Çun kontakt – 56 kq)
II yer – Mehman Bədəlzadə (Vinq-Çun kontakt – 80 kq)
II yer – Süleyman İsmayılov (Vinq-Çun kontakt – 75 kq)
II yer – Murad Məhərrəmov (Vinq-Çun tao lu)
45-60 yaş arası:
I yer – Mahmud Mehtioğlu (Vinq-Çun tao lu)
Qeyd edək ki, idmançılar Vətənə 18 avqust saat 12:35–də qayıdacaqlar.