20-21.10.2018 tarixlərdə Azərbaycanda keçirilən 4 cü Avrasiya çempionatı başa çatdı. Çempionatda Kazaxstan,İran,Russiya, Türkiyyə,Gürcüstan və Azərbaycan idmançıları iştirak ediblər. Çempionat Full Kempo Peşəkar (Kempo PRO), SubmişnGi və No Gi versiyaları üzrə keçirilib. Ümumilikdə çempionatda iki gün ərzində 25 klub, təşkilat və başqa dövlətlərdən gələn400-ə yaxın idmançı bu çempionatda qələbəuğrunda mübarizə aparıb. Çempionat Bakı Şəhər Gənclər və İdman baş idarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Şurasının razılığı ilə keçirilmişdir.
Sözügedən yarışda idmancımız Müslümov Rüstəm İlham oğlu 80 kq çəki dərəcəsində bütün rəqibləri üstələyərək 4 cü Avrasiya çempionu olmuşdur.