İki azərbaycanlı şagird Massaçusets Texnologiya İnstitutuna birbaşa qəbul aldı – FOTObackend

Azərbaycandan olan iki şagird ABŞ-nin dünyaca məşhur Massaçusets Texnologiya İnstitutuna birbaşa qəbul alıb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Qarayeva və Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin 11-ci sinif şagirdi Dəniz Səttarlı həmin İnstituta qəbul alıblar.

Fidan Qarayeva riyaziyyat fənni üzrə, Dəniz Səttarlı isə kimya fənni üzrə dəfələrlə beynəlxalq və respublika olimpiadalarının qalibi olublar.

Fidan Qarayeva

Dəniz Səttarlı