İki hərbçi faciəvi şəkildə öldübackend

Salyanda 2 nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Yeni Gundem” “Qafqazinfo”ya istinadla xəbər verir ki, Salyan şəhəti N.Babayev küçəsində yerləşən mənzildə kirayə yaşayan 2 hərbçinin meyiti aşkar edilib.
Onların dəm qazından zəhərlənərək vəfat etdiyi bildirilir.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, vəfat edən hərbçilər Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbçiləri olub.