AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib.
Bu barədə qurumun son iclasında qərar qəbul olunub.
AFFA U-14 Liqasında “Sabah”la səfər matçında təyin edilən vaxtda meydanda olmadığına görə “Masallı” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.
AHFF-nin birinciliyinin V turunun “Ərkivan” – “Salyan 2018” oyunu təhlükəsizlik xidməti təyin edilmiş vaxtda gəlmədiyi üçün baş tutmayıb. Bu səbəbdən meydan sahibi komanda texniki məğlubiyyətlə cəzalandırılıb.