Məşhur amerikalı şair George Santayana əbəs yerə deməyib ki, “Yanlız təhsil müəssəsində təhsil almış uşaq tərbiyəsiz uşaqdır”
Bu gün Azərbaycan məktəbi ictimaiyyət qarşısında öz borcunu açıq şəkildə “ləyaqətlə” yerinə yetirir. Bu gün gündəmin şahına çevirilən Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 112 nömrəli məktəbdən yayılan videogörüntüləri hamımız iki gözümüzlə görüb və eşitdik. Əlbəttə olanlara görə konkret kiməsə dodağ büzməkdə ən böyük səhvlik olardı.Ancaq insaniyyətdən yad olan, yaxudda ona xas olmayanları etmək birbaşa böyük faciədir. Hələ bu azmış kimi belə olayın orta məktəbdə baş verməsi ayrıca tragediyadır.
Məktəb ikinci evdir, belə demək qərarına gəlirik ki, orda insaniyyətə aid olmayanları edənlər evlərində bundan artıq insaniyyət görmür, bəlkə də bunu məktəbdə tətbiq eləməyi özlərinə borc bilirlər.
Yayılan videogörüntülərlə bağlı ilk olaraq günahkar sözsüz ki, birbaşa məktəbin özüdür. Artıq anlayan çox gözəl anladı ki, hələ məktəbdə daha doğrusu məktəblərimizdə görülməli olan işlər çoxdur.
Birincisi şagird niyə o həddə çatıb ki, sinif yoldaşına onu etsin?
Burda əlbəttə günahı məktəblə yanaşı şagirdin valideyinindədə görsək düz etmiş olarıq. Bəlkədə şagird evdə valideyn səsindən məhrumdur.İkincisi orta məktəb şagirdinin əlində orta məktəbdə mobil telefon nə gəzir ki, onla hansısa videogörüntü çəksin bu azmış kimi hələ bunu yaysın. Bu ayrıca mövzu olsada birbaşa məktəbin məsuliyyətsizliyini ortaya qoyur. Aydın olur ki, sözügedən məktəbdə belə məsələlərə ümumiyyətlə nəzarət edilmir Bildiyimiz kimi məsələ aidiyyati qurumlar üzrə nəzarətə götürülüb.Ancaq təssüf hissi ilə bildirmək yerinə düşdü ki, belə hallar ilk dəfə deyil baş verir.
Eyni olmasada oxşar hadisələrin şahidi əvvəllərdə olmuşuq.
Sonda bir şeyi qeyd etməkdə olar.Məktəbimizə, ikinci evimizə, öz vicdanımıza görə baxmasaq başlanğıcda Santayananın dediyi məşhur fikirdən uzaq olarıq.
Fərahim RƏHİMOV
Yenigundem.az