“Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı. Ermənistan İkinci Qarabağ müharibəsindən sonra keçən üç il ərzində düzgün nəticə çıxarmamışdır, öz qanunsuz silahlı birləşmələrini bizim torpağımızda əbədi saxlamaq istəyirdi, burada vaxtilə qanunsuz yaradılmış qondarma dırnaqarası Dağlıq Qarabağ respublikasını yaşatmaq istəyirdi”..bu sözləri Prezident İlham Əliyev cari ilin 18 mart tarixində Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbriki zamanı bildirib.
Keçmiş müharibələrdə “Yandırılmış torpaq” adlandırılan birtaktika vardı. İşğalçı ordu geri çəkilmək zorunda qalandahər şeyi dağıdır, yaxud talayıb aparır, apara bilmədiyinəod vurub yandırırdı. Bu, həm də ona görə edilirdi ki, yerliəhali, torpağın əsl sahibi bir daha o yerlərdə məskunlaşabilməsin. 1977-ci ildə Cenevrə Konvensiyasının birnömrəli Protokolunun 54-cü maddəsi ilə “Yandırılmıştorpaq” taktikası qadağan olunub və belə əməllərmüharibə cinayəti sayılır. Ermənilər XXI əsrdə sivildünyanın gözü qarşısında ibtidai icma dövrünə xas olanbu taktikanı işlədirlər. Prezidentimizin dediyi kimi, elə bilbu yerlərdən vəhşi qəbilə keçib. İşğaldan azad edilmişşəhər və kəndlərimizin videogörüntüləri ürək ağrıdır. Vəhşidüşmən daş üstə daş qoymayıb, hər yeri xarabazaraçevirib. Ağaclar kəsilib, meşələr qırılıb və yandırılıb, torpaqlar yararsız hala salınıb. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı səhranı xatırladır. Ağdam sanki ruhlar şəhəridir, atom bombası heç Xirosimanı da belə dağıtmamışdı. Ermənistanın müharibə cinayətləri bununla da bitmir. Gəncəyə iki dəfə ballistik raket atıldı, Bərdə kasetlimərmilərlə atəşə tutuldu. Tərtərə, Ağdama, Goranboyaatılan mərmilərin sayı-hesabı bilinmir. Yüzədək mülki şəxs– uşaqlar, qadınlar, qocalar erməni faşizminin qurbanıoldu, minlərlə ev, yaşayış binası, infrastruktur obyektidağıdıldı.
Onların faşist simasını bütün dünyanın görməsi vacibdir. Qoy, hamı görsün və bilsin ki, biz hansı vəhşi düşmənləüz-üzəyik. Hamı bilsin ki, biz təkcə işğalçı ordunu deyil, bəşəriyyət üçün təhlükə mənbəyi olan erməni faşizminiməhv etmişik. Prezidentin tapşırığı ilə Azərbaycandakıdiplomatik korpusun nümayəndələrinin işğaldan azadedilmiş rayonlara səfərləri təşkil olunur, onlar ermənivəhşiliyini öz gözləri ilə görürlər. Törədilən dəhşətlidağıntılar bir-bir qeydə alınacaq, sənədləşdirilərəkbeynəlxalq məhkəməyə veriləcək. Erməni faşistləri yəqinki, bu dəfə ədalət divanından yayına bilməyəcəklər.
Düşmən güman edirdi ki, bu dağıntılardan sonraazərbaycanlılar bir də o yerlərə qayıtmayacaq. Səhvetdilər. Azərbaycan xalqı 30 ildir doğma torpaqlarınaqovuşmaq arzusu ilə yaşayır, Qarabağla nəfəs alırdı. Prezidentimiz işğaldan azad olunmuş Füzuli və Ağdamşəhərlərinə səfər edərkən Qarabağla bağlı gələcəkplanlarını açıqladı. Bəyan etdi ki, bütün şəhər və kəndlərbaş plan əsasında bərpa olunacaq. Vətəndaşların doğmayurda qayıtması üçün dövlət tərəfindən lazımi köməkgöstəriləcək. Artıq Füzulidən Şuşaya yeni yolun çəkilişinə, Suqovuşan və Talış kəndlərinə gedən tarixi yollarınbərpasına başlanıb. İkinci Qarabağ müharibəsi bölgədəyeni reallıq yaradıb. Zaman-zaman başı üstündən tufanlarəsmiş gözəl Qarabağımız böyük ümidlə gələcəyə boylanır. Şuşa, Ağdam məscidində 27 ildən sonra yenə azan səsieşidilir, “Qarabağ şikəstəsi” Qarabağ torpağında səslənir. O yerlərə 30 ildən sonra həyat qayıdır, o torpaqların yenidövranı başlayır…
Vətən müharibəsinin uğurlu sonluğu bölgədə qüvvələrnisbətini dəyişdi, yeni reallıq yaratdı. İndi biz tək deyilik. Qardaş Türkiyə artıq yanımızda, siyasi masadadır. Qarabağda atəşkəsə türk əsgəri də nəzarət edəcək. Ankaradan ən yüksək səviyyədə mesajlar gəlməkdədavam edir: biz Azərbaycanın yanında olmağa davamedəcəyik. Bu siyasi-mənəvi dəstək gücümüzə güc qatır, Ermənistanın havadarlarını müdaxilədən çəkindirir. Azərbaycan və Türkiyə prezidentlərinin bir-birinə qardaşdeyə müraciət etməsi, ay-ulduzlu bayraqlarımızın yanaşıdalğalanması dostlarımız üçün fəxarət, bədxahlarımızagöz dağıdır. Bu gün 30 il davam edən status-kvo dayoxdur. Status məsələsi gündəlikdən çıxıb. ƏvəzindəQarabağın dağılmış şəhər və kəndlərinin bərpasıplanlarının icrası başlayıb.
Dünyadakı çoxsaylı münaqişələrin və müharibələringedişinə nəzər salsaq görərik ki, son nöqtəni güclü tərəfqoyur. Azərbaycan xalqının Qarabağ uğrunda 44 günlükVətən müharibəsi buna ən yeni nümunədir. Ötən 17 ildəgüc topladıq, düşmənin başını dəmir yumruqla vurubəzdik. Otuz il davam edən işğala, ədalətsizliyə 44 gündəson qoyuldu.
Nazənin Dadaşova,
Nəsimi rayon könüllüsü