Hüquq üzrə professor, tanınmış iş adamı İlham Rəhimovun köməkçisi Azad Yusif oğlu Məsiyev bu gün 106 saylı DSK-ya müraciət edərək, namizədliyini geri götürüb. Bu barədə Axar.az-a Tovuz rayonundakı mənbə bildirib.
Qeyd edilib ki, Azad Məsiyev seçki təbliğatına ciddi şəkildə başlayıb, plakatlarını bütün rayon ərazisində yaydırıb, eyni zamanda görüşlər də müəyyənləşdirib. Lakin bu gün gözlənilmədən geri çəkilib.