Müğənni Zamiq Hüseynovun ilin son günlərinə təsadüf edən anşlaqlı konsertləri reallaşıb. Gecədə xüsusilə maraqlı anlar yaşanıb. Belə ki, sənətçini izləməyə gələn gənclərdən biri ondan “Əvəzsizim” mahnısını oxumağı istəyib. Bu zaman gənc mahnı sədaları altında sevgilisinə evlilik təklifi edib. Xoş anlar gələn qonaqların marağına səbəb olub, gecəyə xüsusi rəng qatıb.
Zamiq sözügedən görüntünü instaqram səhifəsində yayımlayaraq “Dünənki konsertimdə ən yaddaqalan anlardan. Bir gənc “Əvəsizim” mahnısı sədası altında sevgilisinə evlilik təklif etdi. Böyük alqışlara səbəb olan bu evlilik təklifi, mən də çox sevindirdi. Ona görə ki, musiqilərimlə insanlar biri-birinə sevgi etiraf edir, evlilik təklif edir. Dünyada sevgidən gözəl heç nə yoxdur. Bütün sevənlər xoşbəxt olsun” sözlərini yazıb.