İlon Mask övladlarını anasına göstərmirbackend

Milyarder İlon Mask keçmiş müğənni sevgilisi Qraymsa uşaqlarını görməyə icazə vermir.

Axşam.az xəbər verir ki, bu barədə müğənni övladlarının şəkillərini yayan jurnalist Volter Eyzoksonun nəşrinin altında yazıb. O, jurnalistə müraciət edərək bunları bildirib:

“Elona de ki, oğlumla görüşməyə icazə versin və ya vəkilimə mənə cavab versin. Bu ana qədər uşaqlarımı fotoşəkillərdə belə görməmişəm və vəziyyət mənim ailəmi məhv edir”.

Qeyd edək ki, “Tesla” və “SpaceX” şirkətlərinin sahibi, 2022-ci ildən tvitterə (X) rəhbərlik edən İlon Mask Qraymsla üç il münasibətdə olub. Onların bir qız və bir oğul övladı var.