İlon Mask Trampdan bu vəzifəni istədibackend

Milyarder İlon Mask Donald Trampla müsahibəsi zamanı Ağ Evin rəhbəri seçiləcəyi təqdirdə onu ABŞ Dövlət Departamentində vəzifəyə təyin etməsini istəyib.

O deyib ki, dövlət büdcəsinin effektiv xərclənməsinə və israfçılığın qarşısının alınmasına nəzarət edə bilər:

“Düşünürəm ki, dövlət büdcəsinin xərclərinə effektiv nəzarət edə biləcək komissiya yaradılmalıdır. Bu işçi qrupu vergi ödəyicilərinin büdcəyə köçürdükləri pulların səmərəli xərclənməsini təmin edə bilər. Sahibkarların gəlir əldə etmək imkanlarının məhdud olduğu bir vaxtda onlar əmin olmalıdır ki, vergilər səmərəli layihələrə sərf olunur. Mən bu prosesi tam nəzarətdə saxlaya bilərəm”.

APA