İmaməddin Xəlilov: Qələbəmi şəhid ailələrinə həsr edirəmbackend

Şükür ki, Azərbaycana ilk parataekvondo üzrə paralimpiya qızıl medalını gətirdim, çox qürurluyam.

Bunu APA-ya açıqlamasında Fransanın paytaxtı Paris şəhərində təşkil edilən Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan parataekvondoçu İmaməddin Xəlilov deyib. O hər döyüşdən sonra sosial şəbəkələrdə yazılan şərhlərdə Azərbaycan xalqının dəstəyini hiss etdiyini qeyd edib.

“Qələbəmi şəhid ailələrinə həsr edirəm. Bununla fəxr edirəm. Bilirdim ki, mən çempion olacam”, – idmançı qeyd edib.